Şarl Mişel Kiyevə gedib
21 Noyabr 2023 14:14 DünyaAvropa ittifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel bu gün Kiyevə səfər edib.
Olaylar.az xəbər verir ki, Şarl Mişel barədə özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Yenidən Kiyevdə, dostların arasında olmaq xoşdur", - deyə o paylaşımında yazıb.
Qeyd edək ki, 21 noyabr Ukraynada Ləyaqət və Azadlıq Günü qeyd olunur. Aİ Şurası prezidenti ilə yanaşı, Moldova prezidenti Maya Sandu və Almaniyanın müdafiə naziri Boris Pistorius da Kiyevdə səfərdədir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31