Moskvanın mərkəzində restoranın altından 10-dan çox insan qalığı aşkarlandı
21 Noyabr 2023 12:50 DünyaMoskva şəhərinin mərkəzində restoranının altında 10-dan çox insan qalığı aşkarlanıb.
Olaylar.az bu barədə rus KİV-ə istinadən xəbər verir.
Ekspertlərin ilkin qiymətləndirmələrinə görə, bu şəxslərin təqribən 20-30 il əvvəl öldükləri müəyyən edilib.
Məlumata görə, insan qalıqları Setunski keçidində əvvəllər "Qranatovıy sad" restoranının yerləşdiyi ərazidə, yerin 3,5 metr dərinliyində aşkarlanıb. Bunlar 10 kəllə sümüyü, 17 fəqərə, 30 qabırğa, onlarla digər sümük və iki çənə sümüyündən ibarətdir. Qalıqların kimlərə məxsus olması hələlik məlum deyil, bu səbəbdən araşdırılması üçün ekspertizaya göndərilib. İstintaq orqanları tərəfindən araşdırma başlanılıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31