Kişinin qeyri-adi vəsiyyəti: Vida mərasimi barda keçirildi - VİDEO

El Salvadorlu Darvin Bernal ölümündən bir qədər əvvəl qeyri-adi bir cənazə mərasimi vəsiyyət edib. Yaxınları onun arzusunu məmnuniyyətlə yerinə yetiriblər.

Olaylar.az bildirir ki, mərhumla vidalaşma zamanı lentə alınan video bütün dünyada sosial şəbəkələrdə viral olub.

Mərhumla vida mərasimi noyabrın 5-də La Uniondakı "El Pacifico" adlı barda keçirilib. 

Qızı Mersedes Bernal jurnalistlərə açıqlamasında "Ölməzdən əvvəl o, bizə mərasimin diskotekada olmasını istədiyini dedi və elə də oldu. Atam, əylənməyi və rəqs etməyi çox sevirdi" deyib.

Darvinin ailəsi açıq tabutu rəqs meydançasında mərkəzi səhnəyə çıxarıb, bu zaman fonda Latın musiqisi çalınıb.

Sosial şəbəkələrdə bir çox insan əyləncəni sevən atanın son arzusunu yerinə yetirdiyi üçün ailəni tərifləyib, onlara təşəkkür edib. Bir qrup isə bu cür mənasız hərəkətə görə hər kəsin ağlını itirdiyini yazıb. (sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31