Lukaşenkodan Azərbaycan açıqlaması – “Bitib, artıq...”

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Ermənistanla Azərbaycan arasında münaqişə bitib".

Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Ermənistanla Azərbaycan arasında münaqişə başa çatıb. İndi gələcəyi - orada iki dövlətin həyatını necə təşkil edəcəyimiz barədə düşünməliyik. Bəllidir ki, orada problemlər bir deyil, iki deyil, üç-beş ildə yığılıb, bunlar çoxdankı ağrılı məqamlardır, amma bunlarla bağlı müsbət irəliləyiş var", - Belarus lideri bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31