Bu ölkədə güclü zəlzələ oldu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İran İslam Respublikasının cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31