Leo Dokerti Ermənistana gedib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti Ermənistana səfər edib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə erməni telegram kanalları məlumat yayıb.

Qeyd olunub ki, Dokertini Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib.

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti yaxın zamanda Azərbaycana səfər edəcəyinə dair məlumat yayıb.

Dokertinin səfər çərçivəsində bir sıra hökumət məmurları ilə görüşlər keçirmək niyyətində olduğu qeyd edilib. Səfər proqramının digər təffərrüatı hələlik açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31