San Fransiskoda etirazlar zamanı 80-dən çox adam saxlanıldı

San Fransiskoda APEC əleyhinə etirazlar zamanı 80-dən çox adam saxlanılıb.

ABŞ-nin San Fransisko şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti öncəsi və sammit zamanı keçirilən etiraz aksiyaları ilə əlaqədar 80-dən çox adam saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə TASS-a San Fransisko Fövqəladə Hallara Cavab Mərkəzindən məlumat verilib.

Məlumatda göstərilib ki, polis Bey Bricdə keçirilən nümayişlə əlaqədar 80 nəfəri saxlayıb, üstəlik, 29 avtomobil evakuasiya edilib. 5 nəfər barəsində həbs qərarı verilib. Mərkəzdən qeyd edilib ki, onlar hələ də həbsdədirlər.

Şəhər meri London Bridin ofisindən bildirilib ki, etirazlar əsasən dinc xarakter daşıyıb və APEC-in əsas tədbirlərinin keçirilməsinə mane ola bilməzdi. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31