Ukraynaya kütləvi dron hücumu oldu - Enerji infrastrukturuna ziyan dəydi

Trend-i buradan izləyin

Whatsapp

Telegram

Facebook

Twitter

News

İnqilab Məmmədov 

Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 17-də axşam saatlarından başlayaraq noyabrın 18-də gecə Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə 38 kamikadze dronu ilə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın 29 kamikadze dronunu zərərsizləşdirib. Hücum 8 saat davam edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, "Şahed" tipli PUA-larla hücumlar Ukraynanın şimal və cənub-şərq istiqamətlərindən edilib.

Gecə saatlarında Ukraynada bir neçə dəfə hava xəbərdarlığı elan olunub. Belə ki, hava hücumundan müdafiə sistemi ilk olaraq Xmelnitski bölgəsində işə düşüb. Daha sonra Kiyev və Ukraynanın şimal vilayətlərində hava xəbərdarlığı elan edilib. Xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın şimalda ballistik silahlardan istifadə təhlükəsi barədə xəbərdarlıq edib.

Hava hücumu nəticəsində Odessanın enerji infrastrukturuna ziyan dəyib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31