BMT-ni biz yaratmışıq, niyə çıxmalıyıq?!
17 Noyabr 2023 22:56 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiyanın UNESKO-dan çıxmasına ehtiyac yoxdur.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
"Düşünürəm ki, ehtiyac yoxdur. Nə üçün? Bu, insanların bir-biri ilə ünsiyyət qurduğu və işlədiyi bir platformadır. UNESKO xətti ilə bizim kifayət qədər ciddi layihələrimiz var. Bəziləri deyir ki, BMT-dən çıxmalıyıq, amma bu cəfəngiyyatdır, əslində bu təşkilatların yaradıcısı Rusiyadır, niyə çıxmalıyıq?", - deyə Kreml rəhbəri bildirib.
Putin əlavə edib ki, bu strukturları dünyadakı yeni situasiyaya uyğunlaşdırmaq lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31