Özbəkistanda helikopter qəzaya uğradı: ölənlər var

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Özbəkistanın Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda Mi-8 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.

Qəza nəticəsində ekipaj üzvlərinin öldüyü bildirilib.

Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31