Putin Qərbin niyə varlandığını açıqlayıb - ÖZƏL

Qərbin sərvəti əsasən neokolonializm və köləlik üzərində qurulub.

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu - Birləşmiş Mədəniyyətlər Forumunda deyib.

"Bir çox ölkələrin, xüsusən də Avropa ölkələrinin və ABŞ-ın malik olduğu sərvət, əlbəttə ki, daha çox keçmiş dünya və keçmiş dünya nizamının ədalətsizlikləri, müstəmləkəçilik, köləlik üzərində qurulub", - TASS Putindən sitat gətirir.

Dövlət başçısı forum zamanı mədəniyyətin ləğv edilməsinin neokolonial mahiyyətindən də danışıb.

Rusiya lideri qeyd edib ki, onlar rus mədəniyyətini ləğv etməyə çalışırlar, lakin heç nə alınmır. Putin rus mədəniyyətinin ləğvinin qeyri-mümkünlüyünü onunla izah edib ki, onun əsasında əsl azadlıq və mərhəmət, eləcə də insanlara və mənəviyyat sevgisi dayanır.

Bundan əlavə, Vladimir Putin çoxqütblü dünyanın necə olması barədə danışıb. Onun fikrincə, belə bir dünya ədalətli olmalıdır.

Bundan əvvəl Vladimir Putin kino və ədəbiyyatda saxtakarlıqlar vasitəsilə tarixi təhrif etmək cəhdlərini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31