Rusiya Fransada viza mərkəzlərini bağlayır
17 Noyabr 2023 18:37 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Fransanın bir sıra şəhərlərində Rusiya viza mərkəzlərinin fəaliyyəti noyabrın 24-dən etibarən dayandırılacaq.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyi məlumat yayıb.
"Məlumat veririk ki, 24 noyabr 2023-cü ildən Rusiyanın Paris, Marsel, Nitsa və Strasburqda viza mərkəzləri fəaliyyətini dayandıracaq", - məlumatda deyilir.
Qeyd olunub ki, bundan sonra viza müraciətləri konsulluqlar və səfirlikdə qəbul olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31