"WhatsApp"da süni intellektlə bağlı YENİLİK - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"WhatsApp" messencerinin beta versiyasında indi süni intellektə əsaslanan yazışmanı işə salmaq üçün düymə mövcuddur.

Olaylar.az bildirir ki, bu barədə məlumat "WABetaInfo" portalı məlumat yayıb.

Yenilik messencerin "Android" üçün 2.23.24.26 nömrəli beta versiyasında müşahidə edilib.

İndi "Söhbətlər" pəncərəsində yeni dialoq yaratmaq üçün düymənin üstündə AI ilə söhbətlərə start verən kəsə yol var.

Üstəlik, hazırda yalnız məhdud sayda istifadəçinin süni intellektlə söhbətlərə girişi mümkündür.

Xatırladaq ki, "WhatsApp" generativ süni intellekt (AI) texnologiyasına əsaslanan yeni funksiyaların, o cümlədən stikerlər və şəkillər yaratmaq, həmçinin süni intellekt üzrə köməkçi ilə ünsiyyət qurmaq imkanlarının tezliklə istifadəyə veriləcəyini elan edib. (baku.ws)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31