Ermənistan və Gürcüstanın müdafiə nazirləri hərbi sahədə əməkdaşlıq sənədi imzaladı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Ermənistanın və Gürcüstanın müdafiə nazirləri Suren Papikyan və Cuanşer Burçuladze ikitərəfli əməkdaşlıq planı imzalayıblar.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Ermənistanla Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər bir-birini ölkələrinin silahlı qüvvələrində aparılan islahatlar barədə məlumatlandırıb.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Ermənistanda rəsmi səfərdədir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31