“Girovların taleyi ilə bağlı danışıqlar aparılmır” – İsrail səfiri
17 Noyabr 2023 15:40 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Tərəflər hazırda girovların taleyi ilə bağlı heç bir danışıq aparmır və onların son durumu ilə bağlı məlumatımız yoxdur".
Olaylar.az xəbər verir ki, bunu İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Zvi "Rossiya-24" telekanalına bildirib.
"Girovların son durumları ilə bağlı heç bir məlumatımız yoxdur. Çünki HƏMAS bununla bağlı siyahı təqdim etməyib. Girovların vəziyyətindən bixəbər olmağımız danışıqlar aparmağa çətinlik yaradır. HƏMAS danışıqlar üçün təşəbbüs göstərməlidir"-deyə, səfir bildirib. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31