APEC sammitində Rusiya nümayəndə heyəti xarici liderlərlə əlaqə saxlayıb - ÖZƏL
17 Noyabr 2023 15:20 DünyaRusiya Baş nazirinin müavini Aleksey Overçuk Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edən Rusiya nümayəndə heyətinin bir sıra xarici liderlərlə təmasda olduğunu bildirib.
ABŞ-da keçirilən APEC sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edən Overçuk jurnalistlərə deyib:
"Bizim bir sıra liderlərlə söhbət etmək imkanımız olub".
APEC sammitinə cavabdeh olan ABŞ Dövlət Departamentinin rəsmisi Mett Murrayın əvvəlki açıqlamalarına görə, Birləşmiş Ştatlar tədbirin yekun bəyanatı ilə bağlı konsensusa nail olmaq üçün tədbirlər görür. Onun sözlərinə görə, son bir neçə ildə bəyanatlarla bağlı, ilk növbədə, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı çoxlu çəkişmələr olub.
Overçuk deyib: "Zirvə toplantısında iqlim problemləri ilə məşğul olmağa başlamazdan əvvəl bütün müharibələrə son qoymağa çağıran bəzi emosional çıxışlar olub. Bütövlükdə müzakirələr iqlim məsələlərinin gündəliyinə yönəlib".