Moldova gələn ildən MDB Parlamentlərarası Assambleyasının üzvü olmayacaq
17 Noyabr 2023 14:38 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Moldova 8 fevral 2024-cü ildən Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının üzvü olmayacaq.
Olaylar.az xəbər verir ki, bunu Bişkekdə səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə deyib.
"Moldovanın Parlamentlərarası Assambleyadan çıxmaq barədə açıqlamasından sonra prosedur fevralın 8-də başa çatacaq və 8 fevraldan Moldova rəsmi olaraq MDB Parlamentlərarası Assambleyasının üzvü olmayacaq", - o deyib.
Bundan başqa, Matviyenko bunun assambleyanın fəaliyyətinə heç bir zərər yetirməyəcəyini və Moldovanın özü üçün böyük itki olduğunu əlavə edib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31