Çin ABŞ-dan Tayvanı silahlandırmağı dayandırmağı tələb edir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Birləşmiş Ştatlar Tayvanı silahlandırmaqdan və Çinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir".

Olaylar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.

"Tayvan məsələsi həmişə Çin-ABŞ münasibətlərində ən vacib və həssas olub. ABŞ Tayvanı silahlandırmaqdan, Çinin daxili işlərinə qarışmaqdan əl çəkməli və Çinin sülh yolu ilə birləşməsini dəstəkləməlidir" - o, deyib.

ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinə Vaşinqtonun Tayvana silah tədarükünü davam etdirəcəyi barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31