"Putin prezident seçkilərində qalib gələcək" – Peskov
17 Noyabr 2023 13:55 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin prezident seçkilərində namizəd olacağına ümid etdiyini bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
D. Peskov bildirib ki, Putin seçkilərdə yenidən qalib gələcək.
"Putinin prezident seçkilərində namizədliyini irəli sürmək hüququ var, lakin özü bu məsələ ilə bağlı açıqlama verməyib. Amma səmimi qəlbdən inanmaq istəyirəm ki, o, bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə və bundan sonra da prezidentimiz olaraq qalacağına şübhəm yoxdur"-deyə, o qeyd edib.
Xatırladaq ki, Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31