APEC sammitində Ukrayna məsələsi daha çox arxa planda olub - ÖZƏL
17 Noyabr 2023 13:17 Dünya"Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində bir sıra liderlər Ukraynada gedən prosesləri qeyd ediblər, lakin bu məsələ daha çox arxa planda qalıb".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
ABŞ-da keçirilən APEC sammitində Rusiya nümayəndə heyətinə başçılıq edən Overçuk jurnalistlərə açıqlamasında deyib:
"Bir sıra liderlər çıxışlar zamanı Ukraynanın adını çəkdilər. Lakin bu məsələ daha çox arxa planda idi. Baxmayaraq ki, iqlim problemləri ilə məşğul olmağa başlamazdan əvvəl bütün müharibələri dayandırmağa çağıran bəzi emosional çıxışlar olub. Bütövlükdə müzakirələr iqlim gündəliyinə yönəlib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31