Filippində 7 bal gücündə zəlzələ olub - Ölənlər var

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Filippində 7 bal gücündə zəlzələ olub.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti (USGS) məlumat yayıb.

İlkin məlumatlara görə, ölkənin sıx məskunlaşmış Şimali Luson adasında baş verən zəlzələ ən azı 5 nəfərin ölümü və 130 nəfərin xəsarət alması ilə nəticələnib.

Zəlzələnin episentri Dolores şəhərindən cənub-şərqdə 13 kilometr məsafədə, 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar paytaxt Manila şəhərində də hiss olunub. Zəlzələ nəticəsində infrastruktur, o cümlədən, evlər, məktəblər, xəstəxana və körpülər zərər görüb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31