APEC sammitinin yekun sənədi üzərində iş hələ də davam edir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin yekun sənədi üzərində iş hələ də davam edir".

Olaylar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

ABŞ-da keçirilən sammitdə Rusiya nümayəndə heyətinə başçılıq edən Overçuk bildirib ki, yekun bəyannamə üzərində iş hələ də davam edir:

"Bizim Xarici İşlər Nazirliyinin nümayəndələri də bu işə cəlb olunub. Yəqin ki, bu məsələ ilə bağlı hər hansı şərh vermək tezdir".

APEC sammitinə cavabdeh olan ABŞ Dövlət Departamentinin rəsmisi Mett Murrayın əvvəlki açıqlamalarına görə, Birləşmiş Ştatlar tədbirin yekun bəyanatı ilə bağlı konsensusa nail olmaq üçün tədbirlər görür. Onun sözlərinə görə, son bir neçə ildə bəyanatlarla bağlı, ilk növbədə, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı çoxlu çəkişmələr olub.

Qeyd edək ki, noyabrın 16-17-də Kaliforniya ştatının San-Fransisko şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti keçirilib. Onun gündəmində əsas məsələlər ticarət, rəqəmsal aktivlər, maliyyə sabitliyi və innovasiyalardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31