İrəvanda partlayış oldu - YENİLƏNİB

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İrəvan Dövlət Unversitetində səhər saatlarında baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, patrul xidmətinin bir nəfər əməkdaşı tüstüdən zəhərlənib.

Partlayış universitetin fizika və kimya fakültələrinin yerləşdiyi binada baş verib.

***

İrəvan Dövlət Universitetində partlayış baş verib.

Olaylar.az bildirir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.

İlkin məlumata əsasən, partlayış universitetin kimya kafedrasının binasında baş verib.

Hazırda partlayışın baş vermə səbəbini araşdırmaq üçün hadisə yerinə müvafiq qurumların nümayəndələri cəlb olunub. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31