F-35-ləri almaq istəmirik - Yaşar Gülər

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

ABŞ-ın F-35 təyyarələrini almaq tərəfdarı deyiləm. Başqa təyyarələrin alınması ilə bağlı müzakirələr gedir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.

"KAAN (milli qırıcı - red.) bu ilin sonunda uçuşunu icra edəcək. "Altay" tankı ilə də bağlı işlər davam etdirilir. Ümumən 250 "Altay" tankımız olacaq", - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 sistemi alması ilə rəsmi Ankara F-35 proqramından çıxarılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31