ABŞ “Rusiyanın bədxassəli təsiri” ilə mübarizədə sanksiyalar siyahısını genişləndirib - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi Balkan ölkələrindən olan bir sıra fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat dərc olunub.

"Bu gün Dövlət Departamenti Qərbi Balkan ölkələrindən Rusiyanın regiondakı bədxah təsiri və buna şərait yaradan korrupsiya ilə əlaqəsi olan iki fiziki və 12 qurumu təyin edir", - bəyanatda deyilir.

Maliyyə Nazirliyi Bosniya və Herseqovina, Monteneqro və Şimali Makedoniyada səkkiz fiziki və altı hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib ki, bu da departamentin məlumatına görə, Rusiyanın təsirinə birbaşa töhfə verir.

O cümlədən, Serbiya Xalq Partiyasının rəhbəri Nenad Popoviç və Serb sağlarının lideri Mişa Vaçiçə sanksiya verilib. Sonuncu Rusiyanın yeni regionlarında keçirilən referendumlarda iştirakda, Popoviç isə "Kremllə sıx əlaqələrdə" ittiham olunur.

15 yjz,hz Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak ABŞ Dövlət Departamentinin nümayəndələri ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edib.

Bundan əvvəl Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiyalar paketini baxılmaq üçün göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31