İsrail Qəzza zolağında limanı nəzarətə götürdü

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hərbi-dəniz qüvvələrinin təlim bazası kimi istifadə etdiyi limanı nəzarətə götürüb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında məlumat yayılıb.

Bundan başqa, İsrail ordusunun HƏMAS-ın 10 şaxtasını məhv etdiyi və 10 döyüşçünü öldürdüyü də qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31