Venesuela Rusiyanın Qərbin sanksiyaları ləğv etməsi tələblərini dəstəkləyir – ÖZƏL

"Venesuela Qərb ölkələrinin tətbiq etdiyi qeyri-qanuni iqtisadi sanksiyaların ləğvi tələblərində Rusiyanı dəstəkləyir".

Olaylar.az xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinto bildirib.

"Venesuela hökuməti adından biz Rusiya və Venesuelaya qarşı qanunsuz olaraq tətbiq edilən sanksiyaların dərhal ləğv edilməsini tələb edən bütün Rusiyanın hərəkətlərini dəstəkləyirik", - Venesuelalı nazir bildirib.
Gil Pintonun sözlərinə görə, Qərb sanksiyalardan istifadə etməklə Rusiya və Venesuelanın suverenliyini pozmağa çalışır. 

"Ölkələrimiz öz iradələrini başqa xalqlara tətbiq etmək məqsədi güdən Qərb ölkələrinin sanksiyalarının qurbanı olub" - deyə o, məhdudiyyətləri ədalətsiz və birtərəfli adlandırıb.
Gil Pinto bildirib ki, Moskva və Karakas iqtisadi və siyasi sahədə ikitərəfli əməkdaşlığı davam etdirəcək və genişləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31