Rusiyada xarici turistlər üçün ödəniş kartı 2024-cü ilin əvvəlində istifadəyə veriləcək — ÖZƏL
16 Noyabr 2023 17:21 Dünya"Rusiyada xarici turistlər üçün ödəniş kartı 2024-cü ilin əvvəlində istifadəyə verilə bilər".
Olaylar.az xəbər verir ki, bunu iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov bildirib.
"Ümid edirəm ki, biz bu sistemin kommersiya fəaliyyətinə gələn ilin əvvəlindən başlayacağıq. Bu aspektdə hər şey banklardan asılıdır", - məmur bildirib.
Vaxrukov əlavə edib ki, əcnəbilər indi bank kartları ilə ödəniş edə və Rusiyada otel bron edə bilməzlər:
"Biz qanun qəbul etdik ki, turistin uzaqdan şəxsiyyətini müəyyənləşdirmək, ona virtual kart vermək və o, istəsə, hava limanına gələn kimi "Mir" plastik kartını ala bilər".
Kart 2023-cü ilin üçüncü - dördüncü rübündə istifadəyə verilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31