Attraksion qırıldı, valideynlər təlaşa düşdü

Türkiyənin Bursa şəhərində yerləşən ticarət mərkəzində uşaqlar üçün olan yumşaq attraksion qırılıb.  

Olaylar.az xəbər verir ki, ailələr uşaqları ticarət mərkəzinin içərisindəki əyləncə zonasında attraksiona mindiriblər.

Lakin aparatın nasazlığı nəticəsində attraksion qırılıb, uşaqlar yüngül xəsarət alıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.  (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31