Görüş niyə uğursuz oldu?

ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Jinpini hələ də diktator hesab etməkdə davam etdiyini bildirib. Bu barədə o, Çin lideri ilə Amerikanın San-Fransisko şəhərində APEC sammiti çərçivəsində baş tutan ikitərəfli görüşdən sonra qeyd edib. "Qulaq as, o, həqiqətən diktatordur..... Bunu inkar etmək və ya bununla mübahisə etmək sadəcə olaraq mümkün deyil", - deyə Bayden Si Jinpinlə görüşündən sonra jurnalistlərlə söhbəti zamanı deyib (CNN-ə istinadən) və əlavə edib ki, o, Çin  liderinə ABŞ  və Tayvandakı seçkilərə müdaxilə etməmək barədə  "xəbərdar edib".  Əvvəllər Amerika prezidenti bir neçə dəfə bəyan edib ki, Si Cinpinin idarəetmə üsulları və üslubu "diktatorluq"-dan başqa bir şey deyil.Çin tərəfi hələlik ABŞ prezidentinin bəyanatına münasibət bildirməyib. "Olaylar"ın məlumatına görə, politoloq Əlimusa İbrahimov bildirib ki, ABŞ prezidenti ilə Çin Xalq Respublikasının rəhbəri arasında ikitərəfli danışıqlar iki saata yaxın davam edib: "Danışıqlar zamanı Si Jinpin Çin və ABŞ arasında mümkün münaqişənin dözülməz nəticələrə səbəb olacağı fikrini bildirib. Onun fikrincə, Pekin və Vaşinqton birbaşa hərbi qarşıdurmadan qaçmaq üçün mümkün olan hər şeyi etməlidir. Çin prezidenti həmçinin qeyd edib ki, Çin-Amerika münasibətlərinin "parlaq gələcəyi" olduğuna əmindir. ABŞ prezidentinin müzakirə masasından uzaqlaşmağa imkan tapmamış verdiyi bu bəyanat - tərəf müqabilini dictator saymaqda davam etməsi- iki saata yaxın davam edən görüşün uğursuz başa çatmasından xəbər vermirmi?  Belə isə görüşün uğurlu alındığı barədə hər iki tərəfdən səsləndirilən bəyanatlar nəyə hesablanıb?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31