Rusiya kosmonavtlarını Aya göndərəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiya kosmonavtlarını Aya göndərəcək.

Olaylar.az bildirir ki, bu barədə "Energia" Raket Kosmik Korporasiyasının pilotlaşdırılan kosmik sistemlər və komplekslər üzrə baş konstruktoru Vladimir Solovyov "Kosmosa pilotlu uçuşlar" konfransının iclasındakı məruzəsində məlumat verib.

"2031-2040-cı illərdə onlar peykə pilotlu ekspedisiyalar, o cümlədən ilk eniş, geoloji tədqiqatlar və Ay bazasının yerləşdirilməsi üçün hazırlıq işləri aparmağı planlaşdırırlar. Ay bazasına gəlincə, tikintinin özü 2041-2050-ci illər üçün nəzərdə tutulub", - deyə Solovyov qeyd edib.

Məlumatına görə, bu müddət ərzində Rusiya Ayda prioritetini təmin etməyi planlaşdırır. Həmin illərdə peykdə su və oksigen istehsalına və istifadəsinə başlanılması planlaşdırılır. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31