ABŞ və Çin hərbi təmasları bərpa edir - Bayden

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Çin lideri Si Cinpinlə görüşü ABŞ və Çin hərbçiləri arasında yeni təmaslara səbəb olub.

Olaylar.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden mətbuat konfransı zamanı deyib.

"Bildiyiniz kimi, kəsilən və narahatlıq mənbəyi olan birbaşa hərbi əlaqələri bərpa etməyimiz çox vacibdir", - deyə o bildirib.

C.Bayden qeyd edib ki, ABŞ və Çin birbaşa, açıq, aydın əlaqələrə qayıdır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31