ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır.

Olaylar.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyinə Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hohşteyn deyib.

"Biz bu sanksiyaları icra etməyə hazırlaşırıq", - deyə o bildirib.

O əlavə edib ki, İranın neft ixracı sutkada 1 milyon bareldən çoxdur və bu "rəqəmlər azalacaq". (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31