İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Sulavesi adasının şimal hissəsində Minahasa yarımadası (İndoneziya) yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

Olaylar.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Manado şəhərindən 96 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 303 km dərinlikdə yerləşib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31