Kosovada əsas prioritetimiz budur

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Serbiya Kosova ilə mövcud gərginliyin azaldılmasının tərəfdarıdır.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Ölkəsinin dialoq tərəfdarı olduğunu bildirən A.Vuçiç Kosovanın şimalında məskunlaşan serblərin təhlükəsizliyi üçün gərginliyin azaldılmasını istədiklərini qeyd edib.

Vuçiç Kosovada daha çox serblərin yaşadığı bələdiyyələrdə Serb Bələdiyyələr Birliyinin yaradılmasının ölkəsinin prioritetləri sırasında olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31