Melonidən Ərdoğana: Yaxın Şərqdə mühüm rol oynayırsınız
15 Noyabr 2023 19:21 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İtaliyanın Baş naziri Corciya Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
Məlumatda bildirilib ki, telefon söhbəti zamanı Yaxın Şərqdəki münaqişə fonunda davam edən böhranla bağlı son hadisələrə toxunulub. Hər iki lider regionundakı bu çətin vəziyyətdə təhlükəsizlik və sabitliyə töhfə verməyə hazır olduqlarını bir daha vurğulayıblar.
Meloni münaqişənin bölgənin qalan hissəsinə yayılmamasına ümid etdiyini və Türkiyənin bu kontekstdə mühüm rol oynadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31