Qəzzada bəzi xəstələr Türkiyəyə gətiriləcək- ÖZƏL

Qəzza bölgəsindən bəzi xəstələr müalicə almaq üçün Türkiyəyə gətiriləcək. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca verib. O bildirib ki, əsas etibarilə uşaq və xərçəng xəstələrinin əvvəlcə Misirə, ikinci mərhələdə isə təcili yardım təyyarəsi ilə Türkiyəyə gətirilməsi nəzərdə tutulur.
Türkiyəli nazir Misirin paytaxtı Qahirəyə səfəri zamanı bu ölkənin səhiyyə naziri Halid Abdulqaffar ilə sözügedən məsələdə razılıq əldə olunduğunu deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31