Yaponiya Rusiya və Şimali Koreya arasında münasibətlərin inkişafını izləyir — ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Yaponiya Şimali Koreya ilə bağlı hesabatları, o cümlədən Rusiya nümayəndə heyətinin Pxenyana hazırkı səfərini hərtərəfli toplayır və təhlil edir".

Olaylar.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

"Biz xəbərlərdən xəbərdarıq. Qeyd etdiyiniz məsələ də daxil olmaqla, Şimali Koreya ilə bağlı məlumatları diqqətlə toplamaqda davam edirik", - Matsuno Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlovun başçılıq etdiyi nümayəndə heyətinin səfərini şərh etməyi xahiş edərkən deyib.

"Eyni zamanda, Yaponiya digər ölkələr arasındakı münasibətləri birbaşa şərh etmək iqtidarında deyil" - yüksək rütbəli yapon rəsmisi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31