Qazaxıstan BMT-nin Livandakı missiyasına sülhməramlı kontingent göndərib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Qazaxıstan BMT-nin Livandakı missiyasına sülhməramlı kontingent göndərib.

Olaylar.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, yerləşdirmə üçün altı hərbi qulluqçu nəzərdə tutulub. Qarşıdan gələn altı aylıq dislokasiya zamanı Qazaxıstan hərbçiləri Hindistan sülhməramlı batalyonunun tərkibində olacaqlar. Qazaxıstan sülhməramlılarının nümunəvi peşəkarlığı həm missiya komandanlığı, həm də müntəzəm olaraq birgə patrul xidmətinin həyata keçirildiyi Livan Silahlı Qüvvələri tərəfindən tanınıb.

"Qazaxıstan və müxtəlif millətlərdən olan sülhməramlı kontingentlər Livanda davam edən missiya da daxil olmaqla qlobal səviyyədə sülhməramlı missiyalarda fəal iştirak edirlər. Qazaxıstan sülhməramlılarının Livanda rotasiyası onların beynəlxalq sülhməramlı səylərə cəlb olunmasının davamlılığını və səmərəliliyini təmin edən mühüm əhəmiyyət kəsb edir", - deyə məlumatda qeyd edilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31