Ukraynaya göndərilən F-16 təyyarələrinə texniki xidmət Avropada həyata keçiriləcək — ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Kollektiv Qərb tərəfindən Ukraynaya təhvil veriləcək ABŞ istehsalı F-16 çoxməqsədli qırıcı təyyarələr Polşa da daxil olmaqla bir sıra Avropa ölkələrində ciddi təmir və texniki xidmətdən keçəcək".

Olaylar.az xəbər verir ki, bunu BŞ-ın yüksək rütbəli müdafiə rəsmisi bildirib.

Onun sözlərinə görə, ABŞ, onun müttəfiqləri və tərəfdaşları hazırda ukraynalı hərbçilərə Ukrayna ərazisində daha yüngül texniki xidmət göstərməyi öyrədirlər. 
O, əlavə edib ki, Qərb mütəxəssisləri Ukrayna silahlı qüvvələrinə təyyarənin teletexniki xidmətini təklif etməyə hazırlaşır.
Ukrayna uzun müddətdir ki, Qərb tərəfdaşlarından F-16 qırıcıları tədarük etməyi xahiş edir, lakin Qərb ardıcıl olaraq Kiyevin pilotları və quru ekipajları müvafiq təlim keçməyincə belə təyyarələrin Ukraynaya verilə bilməyəcəyini müdafiə edir. Bir sıra ölkələr ukraynalı pilotların hazırlanması proqramlarında iştirak etməyə hazır olduqlarını bildiriblər. Belə ki, Pentaqon sentyabrın sonunda Danimarkada ukraynalı pilotların təliminə artıq başlandığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31