Bu ölkə dünyada ilk sürətlə məlumat ötürə bilən internet şəbəkəsini istifadəyə verdi
15 Noyabr 2023 12:38 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Çin saniyədə 1,2 terabit sürətlə məlumat ötürə bilən dünyada ilk internet şəbəkəsini istifadəyə verdiyini açıqlayıb.
Olaylar.az-ın məlumatına görə, bu rəqəm o deməkdir ki, qlobal miqyasda mövcud olan bütün internet xətlərindən 10 dəfə sürətlidir.
Çin; Tsinghua Universiteti "China Mobile", "Huawei" və "Cernet Corporation" arasında əməkdaşlıq çərçivəsində yeni internet xəttini istifadəyə verib. Pekin, Vuhan və Qancou arasında qurulan internet şəbəkəsi 3 min km-dən çox ərazini əhatə edir.
Qeyd edək ki, mövzu ilə bağlı açıqlama verən "Huawei"in vitse-prezidenti Vanq Lei, şəbəkənin bir saniyədə 150 film ötürə biləcəyini bildirib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31