Ukrayna pilotsuz qayıqların seriyalı istehsalına başlayıb - ÖZƏL

"Biz indi pilotsuz suüstü gəmilərin istehsalını fəal şəkildə genişləndiririk. Artıq onların seriyalı istehsalına başlamışıq".
Olaylar.az xəbər verir ki, bu bunu ölkənin rəqəmsal transformasiya naziri vəzifəsini icra edən Mixail Fyodorov deyib.
Nazir istehsalın potensial məhsuldarlığı və ya artıq istehsal edilmiş dron qayıqlarının sayı barədə heç bir məlumat verməyib.
O, həmçinin bildirib ki, Ukrayna ekipajsız suüstü gəmilərin yeni modellərini layihələndirir.
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus pilotsuz təyyarələrin məhv edilməsi və onların saxlandığı və ya istehsal olunduğu obyektlərə zərbələr endirilməsi barədə mütəmadi olaraq məlumat verir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31