İran, Rusiya və Azərbaycanın elektrik sistemləri elektrik enerjisi mübadiləsinə başlayacaq- ÖZƏL
15 Noyabr 2023 11:05 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Yaxın 6 ay ərzində İran, Rusiya və Azərbaycanın elektrik sistemləri elektrik enerjisi mübadiləsinə başlayacaq".
"OLAYLAR" İranın rəsmi xəbər agnetliyi olan İRNA-ya istinadən bildirir ki, bunu İranın energetika naziri Əli-Əkbər Mehrabiyan deyib.
O qeyd edib ki, İran və Rusiyanın elektrik enerjisi sistemlərini birləşdirmək üçün Gürcüstan, Azərbaycan və Türkmənistandan keçməklə. üç optimal marşrut tədqiq edilib:
"Layihənin icrası baxımından Azərbaycan daha səmərəlıdir. Biz Azərbaycan və Rusiya ilə çox yaxşı razılaşma əldə etmişik ki, bu da bizə üç ölkənin elektrik sistemlərini ən qısa müddətdə inteqrasiya etməyə imkan verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31