Norveç Ukraynadakı müharibə ilə əlaqədar hərbi hazırlıq səviyyəsini artırıb - ÖZƏL

Norveç Ukraynadakı müharibə ilə əlaqədar hərbi hazırlıq səviyyəsini artıracağını açıqlayıb. Bu kontekstdə daha çox şəxsi heyət əməliyyat vəzifələrinə keçəcək və sürətli səfərbərlik qüvvələrinin rolu da genişləndiriləcək.

Olaylar.az xəbər verir ki, ölkəsinə qarşı bu qərara təkan verəcək konkret təhlükənin olmadığını vurğulayan Norveç Baş Qərargah rəisi Eirik Kristoffersen, qeyri-müəyyənliklərin məcmusunun hakimiyyəti hərbi hazırlıq səviyyəsini artırmağa sövq etdiyini bildirib.

Qeyd edək ki, Reuters xəbər agentliyinə danışan Kristoffersen, "Ukraynada müharibə şiddətləndi, biz Ukrayna qüvvələrinə təlimlər veririk, Rusiyanın səfərbərliyi ilə Ukrayna müharibəsi dəyişdi" açıqlamasını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31