Qəssam Briqadaları: "Qəzzanın şimalında 7 İsrail əsgərini öldürdük" - ÖZƏL
15 Noyabr 2023 11:34 DünyaHƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları döyüşçülərinin Qəzza zolağının müxtəlif nöqtələrində İsrail ordusu birliklərini, hərbi maşınlarını hədəfə aldığını və 7 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb.
Olaylar.az xəbər verir ki, Qəssam Briqadalarının Telegram səhifəsində verilən açıqlamada Fələstin müqavimətinin Qəzza şəhərinin şimal-qərbində İsrail ordusuna aid 5 tank, 2 buldozeri , " Yasin 105" tank əleyhinə raket, top mərmiləri və əldəqayırma partlayıcılarla hədəfə aldığı bildirilib.
Bəyanatda deyilir ki, Qəssam mücahidləri Qəzza şəhərinin şimalında sıfır məsafədən 7 İsrail əsgərini öldürüb və "Yasin 105" raketləri ilə eyni yerdə iki personal daşıyıcı maşını və bir tankı hədəfə alıblar.
Qəssam üzvlərinin də Qəzza şəhərinin qərbində Kerem Əbu Səlim və Cuhr əd-Dik bölgələrində İsrail əsgərlərinə qarşı artilleriya və raketlərlə hücumlar təşkil etdiyi qeyd edilib.
Qeyd edək ki, Qəssam Briqadaları tərəfindən öldürüldüyü açıqlanan 7 əsgərlə bağlı İsrail ordusu hələlik açıqlama verməyib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun