Yük maşını ilə avtobus toqquşdu, 6 məktəbli öldü
15 Noyabr 2023 10:27 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ-nin Ohayo ştatında yük maşınının məktəb avtobusu ilə toqquşması nəticəsində 6 nəfər ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin fövqəladə hallar xidməti məlumat yayıb
Yük maşını eyni yolda hərəkət edən məktəbli avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfər ölüb. Ümumilikdə avtobusda 57 nəfər olub.
Bundan başqa, 18 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
Hadisənin səbəbləri açıqlanmır. (lent.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31