Rusiyada məhkəmə "Google" axtarış sistemini 15 milyon rubl (təxminən 165 min dollar) cərimələyib.
Olaylar.az trend-ə istinadən xəbər verir.
Məlumata görə, Rusiyada "Google" qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Məhkəmə "Google"ın rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamadığını əsas gətirərək onun qanuna əməl etmədiyinə qərar verib.