İsrail beynəlxalq ictimaiyyəti Qəzzanın HƏMAS-dan azad edilməsinə nail olmağa çağırır - ÖZƏL
14 Noyabr 2023 19:24 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İsrailin xarici işlər naziri Eli Koen beynəlxalq ictimaiyyəti Qəzza zolağının HƏMAS-dan azad edilməsinə nail olmağa çağırıb. O, Cenevrədə keçirdiyi mətbuat konfransında da deyib:
Olaylar.az xəbər verir ki, radikal qruplaşmanın əlində olan girovlar dərhal azad edilməlidir.
"Biz bütün mülki vətəndaşların, uşaqların, qadınların, qocaların dərhal azad edilməsinə çağırış etmək üçün buradayıq... Beynəlxalq ictimaiyyət açıq şəkildə deməlidir: "Qəzzanı HƏMAS-dan azad edin!"", - deyə Koen bildirib.
O, hadisələrin bu cür inkişafının təkcə İsrailin deyil, həm də anklavın mülki əhalisinin təhlükəsizliyi üçün zəruri olduğunu vurğulayıb.
"Biz İsrail dövləti üçün mübarizə aparırıq, eyni zamanda insan ləyaqəti üçün də mübarizə aparırıq... Biz qalib gəlməsək, növbəti siz olacaqsınız", - XİN rəhbəri bildirib.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı "Dəmir Qılınclar" adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yaraqlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib. Oktyabrın 13-də İsrail BMT-yə quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinlinin Qəzzanın cənubuna təxliyyə ediləcəyini açıqlayıb.
Bundan əvvəl İsrail səfiri Qəzzanı "dünyanın ən böyük terror kompleksi" adlandırmışdı.