Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynaya məxsus 4 pilotsuz uçan aparatı vurub - ÖZƏL

"Gecə ərzində Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Bryansk, Tambov, Oryol və Moskva vilayətləri üzərində Ukraynanın 4 pilotsuz təyyarəsini vurub".
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi verib.
"Gecə Kiyev rejiminin pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya ərazisindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva səmasında Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatını məhv edib" - Rusiya müdafiə, agentliyi bildirib.
Rusiyanın mərkəzi Oryol vilayətinin qubernatoru Andrey Klıçkov bölgəsinin şimal-qərb bölgəsində Ukraynaya məxsus pilotsuz təyyarənin vurulması barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31