“Gələn il müharibə üçün həlledici olacaq”

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Gələn il müharibə üçün həlledici olacaq".

Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı deyib.

O söyləyib ki, savaşda dönüş nöqtəsi yaxınlaşır.

A.Yermak, həmçinin ABŞ və Avropaya çağırış edib. Prezident Ofisinin rəhbəri Qərbi Ukraynaya əlavə silah-sursat, xüsusən də hava hücumundan müdafiə sistemləri verməyə səsləyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatı keçirir. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31